“Phoenix Baku” basketbol komandası Kutaisidə ikinci olub
Kutaisidə 3x3 basketbol idman növü üzrə “3x3GeoTour2018” Gürcüstan turunun ikinci turniri keçirilib.

Turnirə ölkəmizdən “3x3 Azərbaycan” (Nicat Mirzəyev, Teymur Quliyev, Ramil Əyyubov) və “Phoenix Baku” (Rəhman Teymurbəyov, Elmar Mir-Bağırov, Andrey Kondratyev, Fariz Qənbərov) komandaları qatılıblar.

“A” qrupunda çıxış edən “Phoenix Baku” komandası “Young boys” 17:14, “Alik&Company” isə 17:13 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Eyni zamanda “B” qrupunda yer alan “3x3 Azerbaijan” komandası “Bad Boys”a 14:16 və “Whats Up”a 16:17 hesabı ilə məğlub olaraq mərhələ adlaya bilməyib və turnirdə beşinci yerə sahib olub.

“Phoenix Baku” yarımfinalda “Whats Up”a 21:17 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. Finalda “Bad Boys” komandasına 19:21 hesabı ilə məğlub olan təmsilçimiz “3x3GeoTour2018” adlı Gürcüstan turunun Kutaisi mərhələsində ikinci yerə çıxıb.

Qeyd edək ki, “3x3GeoTour2018” turunun növbəti turniri Rustavidə davam edəcək.

Xəbər 1599 dəfə oxundu.