“Barselona” Avropada daha bir göstəriciyə görə 1-ci olub
“Barselona” Avropada daha bir göstəriciyə görə 1-ci olub. Çempionlar Liqasının (ÇL) son qalibi qitəmizdə topa ən çox nəzarət edən komandadır. Belə ki, “Barsa”nın məharətli “top sehrbazlar”ı bu göstəricidə 69,5 faiz üstünlüyə malikdir. “Bavariya” 63,9 faizlə 2-ci, bu göstəriciləri hesablayan “Yuventus” 61,2 faizlə 3-dür. İlk dördlüyü “Roma” qapayır – 60,4 faiz. Dünyanın ən güclü komandalarından sayılan, “Barselona” ilə İspaniya çempionluğu və ÇL-nin qalibi olmaq uğrunda mübarizə aparan Madrid “Real”ı ilk dördlüyə düşməyib. “Milan” isə 58,8 faizlə yalnız 8-dir.

Xəbər 1035 dəfə oxundu.