Azərbaycan millisi Bakıda futvolley üzrə açıq beynəlxalq turnirdə ilk qələbəsini qazanıb | |
Bakıda futvolley üzrə açıq beynəlxalq turnir davam edir. Azərbaycan millisi turnirə qələbə ilə başlayıb. Millimiz Pakistan yığmasını 2:0 hesabı ilə məğlub edib. Futvolleyçilərimiz növbəti oyununu Hollandiya komandasına qarşı keçirəcəklər. Turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya yığmaları birincilik uğrunda mübarizə aparırlar. |
|
Xəbər 828 dəfə oxundu. |
|
|