“Sumqayıt”ın qələbə həsrəti 126 gün çəkdi
“Sumqayıt” bu il ilk qələbəsini qazanıb. Almaniyalı Bernard Raabın çalışdırdığı komanda cari mövsümdə “Kəpəz”lə 2-ci ev oyununda da qələbəni bayram edir.

Maraqlıdır ki, sumqayıtlıların sonuncu qələbəsi elə məhz bu idi. Ötən ilin dekabrın 11-də XVI turda qazanılan 4:1 “Sumqayıt”ın tarixində ilk və hə ki yeganə böyük hesablı qələbədir.

Aprelin 15-də “Kəpəz”lə Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən matçda qələbə 2:0 hesablı oldu və 21 yaşlılardan ibarət yığmamızın hücumçusu Ruslan Qurbanov dubl edərək, həm uzun fasilədən sonra fərqləndi, həm də icarədə oynadığı komandada qol hesabını açdı. Bu il keçirdiyi oyunlarda daha çox uduzaraq, son pilləyə düşən “Sumqayıt”ın qələbə həsrəti isə 126 gün çəkdi.

Xəbər 1133 dəfə oxundu.