Azərbaycanlı gimnastika hakimləri Yeniyetmələrin Olimpiya Oyunlarına dəvət alıblar
Oktyabrın 6-18-dək Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarında gimnastların çıxışlarının dəyərləndirilməsində azərbaycanlı hakimlər də iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, milli komandalarımızın hakimləri - Nigar Abdusəlimova (bədii gimnastika), Rza Əliyev (kişi idman gimnastikası) və Kamil Quliyev (batut) Oyunlarda hakimlik etmək üçün dəvət alıblar.

Xatırladaq ki, Yeniyetmələrin Yay Olimpiya Oyunlarında həm bədii gimnastika, həm də kişi idman gimnastikası üzrə yığma komandalarımız bir gimnastla təmsil olunacaqlar.

Xəbər 722 dəfə oxundu.