Qətərdə keçiriləcək dünya çempionatının tarixi açıqlanıb
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatının təşkil olunacağı vaxt təsdiqlənib.

Bu barədə FIFA-nın prezidenti Canni İnfantino açıqlama verib. O bildirib ki, növbəti mundial dörd il sonra - noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Artıq qərar qəbul olunub və milli çempionatlarla əlaqədar bütün ölkələrin federasiyaları bu barədə məlumatlandırılıb. Əminik ki, əla çempionat olacaq. Çünki futbolçular mundiala əla formada qatılacaqlar”.

Xəbər 1000 dəfə oxundu.