Yeniyetmələr arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə keçirilən yeniyetmələr arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və İlham Əliyev adına Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 3 yaş qrupunda 30 idmançı iştirak edib.

Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışın yekununa əsasən, 14-15 yaşlı idmançılar arasında Amil Kətanov, 12-13 yaşlı idmançılar arasında Fərəməz Bağırov, 10-11 yaş qrupunda isə Səid Məmmədov bütün rəqiblərini qabaqlayaraq birinci yerlərə layiq görülüblər.

Sonda hər yaş qrupunda yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 878 dəfə oxundu.