“Keşlə”–“Baltsan” matçının hakimləri açıqlanıb
Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə “Keşlə” klubunun Maltanın “Baltsan” komandası ilə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.

Oyun rusiyalı hakimlər briqadasına həvalə olunub. Matça baş hakim Mixail Vilkov təyin olunub. Ona Aleksey Vorontsov və Vladimir Mineviç kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Aleksey Suxoy olacaq.

Qeyd edək ki, iyulun 19-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. İlk görüşdə “Baltsan” “Keşlə”yə böyük hesabla qalib gəlib - 4:1.

Xəbər 671 dəfə oxundu.