Dünya futbolunda het-trik qeydə alınıb
Finlandiya çempionatının hesabat turu qeyri-adi hadisə ilə əlamətdar olub. HİK – “Mariehamn” qarşılaşması zamanı ən tez het-trik qeydə alınıb. Meydan sahiblərinin futbolçusu Coel Poxyanpalo cəmi 3 dəqiqəyə 3 qol vurub. 17 yaşlı istedad güclülər dəstəsindəki 2-ci oyununda əvvəl 71-ci dəqiqədə hesabı açıb, rəqib oyuna mərkəzdən başlayan kimi topu ələ keçirib 2-ci dəfə fərqlənib. Daha 1 dəqiqə keçdikdən sonra isə het-trikini rəsmiləşdirib. Finlandiyalılar bunu dünyanın bütün milli çempionatlarının güclülər dəstəsində vurulan ən tez het-trik sayır.

Qeyd edək ki, HİK-ə 3-cü dəstənin “Klub-04” komandasından transfer olunan futbolçu orada oynadığı vaxt 16 yaşının olmasına baxmayaraq 25 oyuna 33 qol vurub.

Xəbər 1202 dəfə oxundu.