“Bakı” klubu ilk cəhddə bürünc mükafata sahib çıxdı
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasına yekun vurulub. İdman.com.az saytının məlumatına görə, çempionatın başa çatmasına 1 tur qalmış “Rabitə” 1-ci, “Lokomotiv” klubu isə 2-ci yeri özü üçün təmin etdiyindən, final mərhələsinin X turunda 3 komanda bürünc medal uğrunda mübarizə aparıb.

Gərgin mübarizədə 3-cü yeri “Bakı” klubu tutub. Debütant “İqtisadçı” ilə görüşdən qalib ayrılıb. Müasir Azərbaycan voleybolunun bayraqdarı “Azərreyl” bu dəfə qrupda sonuncu olub. Çempionlar Liqasının 1/4 finalçısı yenə “Rabitə”yə uduzub.

Super Liqa. Qadınlar
15 aprel. Final mərhələsi, X tur

“Bakı” – “İqtisadçı”- 3:0 (25:17, 25:21, 25:19)
“Azərreyl” – “Rabitə” - 0:3 (16:25, 12:25, 19:25)

O Q M S T X

1.“Rabitə” 8 7 1 22-5 655-449 21
2.“Lokomotiv” 8 4 4 13-13 551-607 12
3.“Bakı” 8 4 4 12-13 545-545 12
4.“İqtisadçı” 8 2 6 11-19 622-699 8
5.“Azərreyl” 8 3 5 11-19 599-676 7

Xəbər 1196 dəfə oxundu.