Masallı karateçiləri Bakıda keçirilən beynəlxalq turnirin qalibi olublar
Masallı karateçiləri Bakıda keçirilən enşin karate üzrə beynəlxalq turnirin qalibi olublar.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının və “Enşen Karate Klub” İctimai Birliyinin dəstəyi ilə keçirilən turnirdə Masallının 21 idmançısı qələbə uğrunda mübarizə aparıb.

Ölkəmizlə yanaşı, Belarus, İran, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Küveyt və Türkiyə idmançıları iştirak etdiyi beynəlxalq turnirdə masalılı idmançılar komanda hesabında birinci yeri tutaraq turnirin kubokuna sahib olublar.

Beynəlxalq yarışda Masallı idmançılarından Rahir Məhərrəmov (40 kq), Kamil Bəbirov (40 kq), İbrahim Zeynallı (34 kq), Nahid Kazımov (29 kq), Elşad Şükürov (30 kq), Mirsaleh Nuriyev (28 kq), Xəyal Həsənov (28 kq) və Əlihüseyn Məmmədzadə (45 kq) birinci, Ramin Rüstəmov (43 kq), İslam Mənsimli (34 kq), Əli Manafov (23 kq), Həsən Seyfullayev (28 kq), Arif Abbasov (20 kq), İsmayıl Quliyev (30 kq) və Xalid Aqilzadə (70 kq) ikinci, Cəfərxan Mirzəyev (45 kq), Cavad Cəfərov (32 kq), Ravi Bağırov (29 kq), Məhəmməd Əzizli (29 kq), İsmayıl Zeynallı (27 kq) və Məhəmməd Davidzadə (29 kq) üçüncü yerə sahib olub.

Qaliblərə diplom, kubok və medallar təqdim olunub.

Xəbər 1086 dəfə oxundu.