Amit ehtiyatda qaldı
Türkiyə çempionatının Bank Asiya I Liqasında növbəti turun oyunları baş tutub. İdman.com.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənın şərəfini qoruduğu “Ərciyəsspor” XXX tur çərçivəsində “Göztəpə”ni qəbul edib.

Oyun həmyerlimizin komandasının qələbəsi ilə yekunlaşıb – 4:2. Lakin bundan əvvəlki turda olduğu kimi yenə Quluzadə meydana çıxmayıb və görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, hazırda aktivində 42 xalı olan “Ərciyəsspor” 8-ci pillədə qərarlaşıb.

Xəbər 959 dəfə oxundu.