“Qəbələ”–“Proqres” oyununu Moldovadan olan hakimlər idarə edəcəklər
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 12-də keçiriləcək “Qəbələ” – “Proqres” (Lüksemburq) oyununu Moldovadan olan hakimlər idarə edəcəklər.

Oyunun baş hakimi Vyaçeslav Banari olacaq.

Baş hakimin köməkçiləri Vasili Ermişin və Dimitri Çiobanudur. Dördüncü hakim funksiyasını Andrey Kojakaru yerinə yetirəcək.

Matçın hakim-inspektoru xorvatiyalı İqor Pristovnik, UEFA nümayəndəsi gürcüstanlı Nikoloz Jgarkavadır.

Qeyd edək ki, “Qəbələ” – “Proqres” matçı saat 20.00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər 821 dəfə oxundu.