“Neftçi” klubu Bosniya və Herseqovinanın “Çelik” komandasını böyük hesabla məğlub edib
Bakının “Neftçi” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Bakı təmsilçisi Bosniya və Herseqovinanın “Çelik” klubu ilə qarşılaşıb. Görüş “Neftçi”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində Rəhman Hacıyev dubl edib, Baqali Dabo və Namik Ələskərov hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın “Şkupi” və Rumıniyanın "Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub edən “Neftçi”nin iyulun 5-dəki rəqibi “Politexnika” (Rumıniya) olacaq.

Xəbər 623 dəfə oxundu.