Son rəqibimiz Qazaxıstan oldu
Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq turnirdə qüvvəsini sınayacaq. İdman.com.az saytının məlumatına görə, Sissi Raytın rəhbərlik etdiyi komanda aprelin 18-22-də Tiflisdə təşkil ediləcək yarışda gücünü yoxlayacaq.

Komandamızın rəqibi ev sahibləri ilə yanaşı, Türkiyə və Qazaxıstan yığmaları olacaqlar.
Qeyd edək ki, millimiz az öncə Slovakiyada beynəlxalq turnirdə qüvvəsini sınayıb və keçirdiyi hər 2 matçda qələbə qazanıb.

Xəbər 1160 dəfə oxundu.