Polina Rəhimova millimizə kömək edə bilməyəcək
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun aparıcı üzvü Polina Rəhimova Avropa çempionatında Azərbaycan milli komandasına kömək edə bilməyəcək. İdman.com.az saytının məlumatına görə, Super Liqanın final mərhələsinin VIII turunda “İqtisadçı” ilə matçda zədələnən yığmamızın hücumçusunun təkrar müayinədən sonra, meydana nə vaxt qayıdacağı hələ bilinmir. Həkimlərin rəyinə əsasən Rəhimova 4 ay müddətinə sıradan çıxıb. Onun bundan sonra məşqlərə başlayacağı gözlənilir.

Xəbər 948 dəfə oxundu.