“Neftçi”dən növbəti qələbə
“Neftçi” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Paytaxt təmsilçisi dünən növbəti yoxlama matçını keçirib. Roberto Bordinin yetirmələri “Dunarea Kalarası” ilə qarşılaşıb. Hər hissədə bir qol vuran bakılılar mövsümlərarası fasilədə ikinci qələbəsini qazanıb. Rumıniya təmsilçisinin qapısından qolları Dario Federiko və Mirabdulla Abbasov keçirib. Qeyd edək ki, “ağ-qaralar” ilk yoxlama oyununda Makedoniyanin “Şkupi” klubuna 2:0 hesabı ilə qalib gəlmişdi.

Yoxlama görüşü

28 iyun

“Neftçi” (Azərbaycan) - “Dunarea Kalarası” (Rumıniya) - 2:0

Qollar: Dario Frederiko, 39, Mirabdulla Abbasov, 60

“Neftçi”: 1. Səlahət Ağayev, 4. Rəşad Eyubov, 9. Baqali Dabo, 10. Dario Frederiko. 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 28. Slavko Braliç, 93. Soni Mustivar

Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 73. Nail Alışov, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 7. Namik Ələsgərov, 8. Emin Mahmudov, 26. Ömər Buludov, 36. Xəlil Bəşirov, 37. Vüsal Əskərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov

Xəbər 517 dəfə oxundu.