"Rusiya 2018": Yaponiya və Kolumbiya milliləri növbəti mərhələyə yüksəliblər
İyunun 28-də Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının “E” qrupunda mübarizəyə yekun vurulub.

Meydana “E” qrupunda yer alan Seneqal və Kolumbiya komandaları çıxıblar. Görüşdə kolumbiyalılar 1:0 hesabı ilə qalib gəliblər. Oyunda yeganə qolun müəllifi 36-cı dəqiqədə Erri Mina olub. Beləliklə, bu qələbədən sonra Kolumbiya millisi qrupda birinci yeri tutaraq dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib.

Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmaq şansını itirən Polşa və Yaponiya komandaları arasında keçirilib. Görüş Polşa millisinin 1:0 hesablı ilə qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətə baxmayaraq, Yaponiya növbəti mərhələyə vəsiqə qazanıb.

Seneqal və Yaponiya komandalarının həm xalları (4 xal), həm də top fərqi (0-0) bərabər üçün FİFA-nın qaydalarına görə sarı kart sayı nəzərə alınıb. Sarı kartların sayı daha az olan Yaponiya pley-off mərhələsinə adlayıb.

Qeyd edək ki, Yaponiya və Kolumbiya yığmalarının səkkizdəbir final mərhələsindəki rəqibləri bu gün saat 22:00-da başlayacaq İngiltərə-Belçika oyunundan sonra məlum olacaq.

Beləliklə, səkkizdəbir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Bu mərhələnin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.

Xəbər 604 dəfə oxundu.