Bakının “Keşlə” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq
Bakı toplanışını başa vuran “Keşlə” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununa hazırlığını davam etdirmək məqsədilə Türkiyəyə gedib.

Iyulun 10-dək davam edəcək təlim-məşq toplanışında Bakı təmsilçisi 3 yoxlama matçı keçirməyi planlaşdırır.

Komandamız ilk yoxlama matçını iyunun 30-da Bolu vilayətində Bosniya və Herseqovinanın “NK Celik Zenica” komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.

İkinci yoxlama matçında rəqibimiz “Levadia” komandası olacaq. Estoniya təmsilçisi ilə qarşılaşma iyulun 3-də Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq.

Toplanış çərçivəsində sonuncu yoxlama matçı iyulun 6-da keçiriləcək. Bu dəfə “Keşlə” İranın “Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma saatı hələ dəqiqləşməyib.


Xəbər 544 dəfə oxundu.