"Neftçi” Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb | |
"Neftçi” Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2018/2019 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb. Yeni müqaviləyə görə Hacıyev 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək. Milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb. Qeyd edək ki, "Neftçi" bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yeniləmişdi. |
|
Xəbər 526 dəfə oxundu. |
|
|