Çimərlik futbolu üzrə Azərbaycan yığması Avroliqanın üçüncü mərhələsində iştirak edəcək
Çimərlik futbolu üzrə Azərbaycan yığması 20-22 iyul tarixlərində Avroliqanın Moskvada keçiriləcək üçüncü mərhələsində iştirak edəcək.

Azərbaycan yığması İsveçrə, Polşa və Rusiya komandaları ilə birgə “A” qrupunda çıxış edəcək.

Yığmamız iyulun 20-də Rusiya ilə, ertəsi gün İsveçrə ilə, turnirin sonuncu günü isə Polşa komandası ilə qarşılaşacaq.

“B” qrupuna Litva, Yunanıstan, Moldova və Qazaxıstan komandaları daxildir.

Xatırladaq ki, Avroliqanın Bakıda keçirilən birinci mərhələsində Azərbaycan yığması Fransa (4:1), Belarus (1:4) və Portuqaliya (0:6) komandaları ilə qarşılaşaraq qrupda üçüncü olub.

Xəbər 1504 dəfə oxundu.