Bakıda keçiriləcək dünya çempionatında dörd islandiyalı cüdoçu tatami üzərinə çıxacaq
İslandiya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.

Bakı mundialında 4 islandiyalı cüdoçu tatami üzərinə çıxacaq.

Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Loqi Haraldsson, Sveinbjorn İura (hər ikisi 81 kq), Eqill Blondal və Tormodur Conssona (hər ikisi 90 kq) şans verəcək.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.

Xəbər 797 dəfə oxundu.