Lisenziya turniri təxirə salındı
Türkiyənin Trabzon şəhərində aprelin 14-də keçirilməli olan boks üzrə Avropa Olimpiya təsnifat yarışı təxirə salınıb. İdman.com.az saytının məlumatına görə, aprelin 13-də Trabzonda güclü duman olduğundan hava limanı təyyarələri qəbul etməyib. Bu səbəbdən bir çox komandalar yarış yerinə vaxtında çata bilməyiblər.

Təşkilat komitəsi turnirin açılış mərasimi və ilkin döyüşlərini bir gün sonraya – aprelin 15-ə keçirib. Püşkatma mərasimi də bazar günü olacaq. Azərbaycan milli komandası Türkiyəyə aprelin 14-də gəlib. Qeyd edək ki, ölkəmizi Trabzonda 5 boksçu – Salman Əlizadə (49 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Vətən Hüseynli (81 kq) təmsil edəcəklər.

Xəbər 1039 dəfə oxundu.