Kollazo Sotomayor Lorenzo - GÜMÜŞ MEDAL | |
1985-ci il fevralın 16-da anadan olub. Lorenzo Sotomayor rinqdə birinci uğurunu 2008-ci ildə Kuba çempionatının bürünc medalçısı olmaqla qazanıb. Bir ildən sonra isə, Kuba çempionu olub. Sotomayora 2014-cü ildən Azərbaycanın şərəfini qoruyur. Azərbaycan bayrağı altında ilk 2014-cü ildə Azərbaycan çempionatı və "Böyük İpək Yolu" beynəlxalq turnirində qazanıb. O, həmin yarışların qızıl medallarının sahibi olub. 2015-ci il isə Lorenzo Sotomayor Bakı şəhərində I Avropa Oyunlarının qalibi olub. 2016-cı il avqustun 11-də Lorenzo Kollazo Sotomayor (64 kq) Rioda Olimpiya oyunlarının boks yarışlarında gümüş medala layiq görüldü. Olimpiya lisenziyasını 2016-cı il aprelin 16-da Türkiyənin Samsun şəhərində keçirilən Avropa olimpiya təsnifat turininin finalına çıxmaqla qazanmışdı. |
|
Xəbər 2274 dəfə oxundu. |
|
|