“Qəbələ” klubunun məşqçilər korpusunda dəyişiklik edilib
“Qəbələ” futbol klubunun məşqçilər korpusunda dəyişiklik edilib.

Serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. O, Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.

Mütəxəssis bunadək Azərbaycanda “İnter” (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat” klublarında, həmçinin Gürcüstan milli komandasında məşqçi kimi fəaliyyət göstərib.

Xəbər 661 dəfə oxundu.