Fateh Kavlak: “Avrokuboklarda iştirak edəcəyimizə inanıram”
“Altılıq” oyunlarına yaxşı başlamışdıq. Lakin son iki oyunda məğlub olduq”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Qəbələ”nin baş məşqçisi Fateh Kavlak deyib. Türkiyəli çalışdırıcının rəhbərlik etdiyi komanda Unibank Premyer Liqasının XXVIII turunda evdə “Qarabağ”ı 1:0 hesabı ilə yenməklə, vacib 3 xal qazandı. Bununla da 4-cü pillədə gedən “Xəzər Lənkəran”la xallarını bərabərləşdirərək, şəxsi oyunlara görə ondan geri qalan “Qəbələ” Avroliqaya düşmək şansını saxlayır.

Kavlakın sözünə görə, son 5 oyuna da yaxşı başlayıblar: “Əsas bu uğurun davamını gətirməkdir. Bunun üçün potensialımız da var. Futbolda elə olur ki, bəzən qol imkanları yarada bilirsən, amma qol vura bilmirsən. Həmkarım Qurban Qurbanovu gözəl oyuna görə təbrik edir, “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Avrokuboklarda iştirak edəcəyimizə inanıram”.

Xəbər 1107 dəfə oxundu.