“Qəbələ” klubu hazırlıqlara start verib
“Qəbələ” futbol klubu 2018/2019-cu il mövsümünün hazırlığına start verib. Qarşıdakı mövsümdə UEFA Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” Qəbələdə bir araya gəliblər.

Komanda ilk məşqini doğma stadionda gerçəkləşdirib. Öncə fitnes zalında fiziki hazırlıq keçən futbolçular ardınca meydanda toplu çalışmaları yerinə yetiriblər.

Baş məşqi Sənan Qurbanovun rəhbərliyi ilə keçən məşq prosesində “Kəpəz”də icarə müddəti başa çatan Roman Hüseynov da iştirak edib. “Sumqayıt”dan qayıdan Bəhlul Mustafazadə, həmçinin U-21-in düşərgəsindən dönən digər futbolçular hazırlıq prosesinə iyunun 14-də qoşulacaqlar.

Xatırladaq ki, iyunun 18-dək Qəbələdə hazırlıq keçəcək “qırmızı-qaralar” ayın 20-də Sloveniyaya təlim-məşq toplanışına yollanacaqlar.

Xəbər 545 dəfə oxundu.