“Sumqayıt” növbəti transferini həyata keçirib
“Sumqayıt” futbol klubu 2018/2019-cu il mövsümü üçün növbəti transferini həyata keçirib. Komanda son olaraq “Kəpəz”də çıxış etmiş Şəhriyar Əliyevi heyətinə qatıb.

25 yaşlı müdafiəçi komanda ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, futbolçu “Bakı”, “Qarabağ” və “Qəbələ”nin heyətində də çıxış edib. Ş.Əliyev Azərbaycanın U-21 və əsas millilərinin şərəfini qoruyub.

Xəbər 626 dəfə oxundu.