“Neftçi” çempionluğun bir addımlığında
Unibank Premyer Liqasında final mərhələsinin 2-ci dövrəsinə startı verilib. İdman.com.az saytının məlumatına görə, ilk oyun günü qonaqlar üçün uğursuz olub. Belə ki, ilk “altılıq” oyunlarının hamısı meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Ozəlliklə, “Bakı” klubunun “Xəzər Lənkəran”a böyük hesabla qalib gəlməyi diqqət çəkib.

“Qarabağ”la “İnter”in məğlubiyyəti çempionluq, “Xəzər Lənkəran”ı isə Avroliqaya vəsiqə uğrunda mübarizədə onu geri salıb. “Neftçi”, öz növbəsində, “bankçılar”ı final mərhələsində 2:1 hesabı ilə məğlub edərək, çempionluq yolunda böyük addım atıb və titulunu qorumaq vəzifəsini əməli olaraq həll edib. Hər halda, lider ən yaxın izləyicisini artıq 10 xal qabaqlayır ki, bu da 4 tur üçün böyük fərqdir.

Unibank Premyer Liqası. XXVIII tur
14 aprel

“Bakı” – “Xəzər Lənkəran” - 4:1
Qol: Deyvidas Çesnauskis, 34; 41; 57; Aleksandr Soliç, 69 - Branimir Subaşiç, 66
Qırmızı vərəqə, Katalin Doman, 78
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Nahid Əliyev, Anar Göyçayski
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

“Qəbələ” – “Qarabağ” - 1:0
Qol: Yannik Kamanan, 70
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov
Qəbələ. Şəhər stadionu

“Neftçi” – “İnter” - 2:1
Qol: Bahadır Nəsimov, 5, Slavço Georgiyevski, 11 - Ruslan Abışov, 43-öz qapısına
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Feyzulla Feyzullayev
Bakı. İsmət Qayıbov adına Bakıxanov adına qəsəbə stadionu

AzAL – “Rəvan” - 1:1
Qol: Zohair Benouahi, 58 - Ekrem Hodziç, 47
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Əliyar Ağayev
Bakı. “AZAL Arena” stadionu


Xəbər 973 dəfə oxundu.