“Sumqayıt” futbol klubu Elvin Məmmədovu heyətinə cəlb edib
“Sumqayıt” futbol klubu iyunun 11-də daha bir futbolçu ilə 2018/2019-cu illər mövsümü üçün müqavilə bağlayıb.

Ötən mövsümü “Qəbələ”də keçirən Elvin Məmmədov qarşıdakı ildə “Sumqayıt”ın şərəfini qoruyacaq.

Elvin Məmmədov “Qəbələ” (11 oyun, 2 qol) ilə yanaşı, “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun, 5 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

Xəbər 556 dəfə oxundu.