Baş məşqçi Françesko Qarqalya: Argentinalı velosipedçilərin çıxışından razı qaldım
Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında Argentina millisinin iki üzvü fəxri kürsüyə qalxıb. Üç argentinalı idmançı isə ilk onluqda qərarlaşıb.

Argentina millisinin baş məşqçisi Françesko Qarqalya yetirmələrinin çıxışını yüksək qiymətləndirib. Bakıda 15 yaşlı oğlanların mübarizəsində birinci olan yetirməsi Qianni Antonio Daddonanın perspektivini yüksək qiymətləndirən baş məşqçi deyib: “Qianninin böyük potensialı var. Onun gələcək yarışlarda da mükafatçılar sırasında yer alacağına ümid edirəm. O, ölkəmizi Azərbaycanda layiqincə təmsil etdi”.

Ümumiyyətlə, komandasının Bakıdakı çıxışından razı qalan F.Qarqalya Azərbaycanın dünya çempionatına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Qeyd edək ki, iyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək idmançı birincilik uğrunda mübarizə aparır.

Xəbər 1075 dəfə oxundu.