Atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turnirinə start verilib
İyunun 8-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi festival çərçivəsində ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turnirinə start verilib.

Binə Atçılıq Mərkəzindəki “Elite Horse & Polo Club”un yaşıl arenasında keçirilən yarış iki kateqoriyadan ibarət olacaq. İlk kateqoriyada maneələrin hündürlüyü 125 santimetr, ikinci kateqoriyada isə 145 santimetrdir.

Turnirin ümumi mükafat fondu 34 min manatdır.

Xəbər 1287 dəfə oxundu.