Bu gün Azərbaycanın U-21 millisi macarıstanlı həmyaşıdları ilə qarşılaşacaq
İyunun 8-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Macarıstan yığmasının heyətinə 1997-1998-ci il təvəllüdlü futbolçular daxil edilib. “Dalğa Arena”da oynanılacaq qarşılaşmanı referi İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Knyaz Əmiraslanov və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər 631 dəfə oxundu.