Azərbaycan millisi FIFA reytinqində 21 pillə irəliləyib
İyunun 7-də FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan millisi ötən ayla müqayisədə 21 pillə irəliləyib. Hazırda milli komandamız 321 xalla 105-ci pillədə qərarlaşıb.

Azərbaycan yığmasının növbəti yoldaşlıq görüşündə qarşılaşacağı Latviya millisi 10 pillə irəliləyərək 230 xalla 129-cu sıraya yüksəlib. Milli komandamızın Millətlər Liqasındakı rəqibləri də yeni reytinqdə irəliləyiblər. Farer Adaları millisi 376 xalla 90-cı, 11 pillə irəliləyən Kosovo 197 xalla 141-ci, Malta isə 65 xalla 184-cü yerdədir.

Qeyd edək ki, siyahıya 1558 xalla Almaniya millisi başçılıq edir. Braziliya yığması 1431 xalla ikinci, 1298 xalı olan Belçika isə üçüncüdür. İlk onluqda qərarlaşan digər komandalar Portuqaliya (1306 xal), Argentina (1254), İsveçrə (1179), Fransa (1166), İspaniya (1162), Çili (1146), Polşa (1118) yığmalarıdır. Türkiyə millisi 706 xalla 38-ci, Rusiya isə 457 xalla 70-ci yerdə qərarlaşıblar.

Xəbər 593 dəfə oxundu.