Bakıda BMX üzrə dünya çempionatında 22 ölkənin velosipedçiləri medal qazanıblar
Bakıda BMX üzrə dünya çempionatında ilk iki günün nəticələrinə əsasən artıq 22 ölkənin velosipedçiləri mükafatçılar sırasında yer alıblar.

Medal sayına görə birinci yerdə Niderland idmançıları qərarlaşıblar. Onlar 12 dəfə podiuma qalxıblar. Qırx üç ölkədən 1500-dək idmançının qatıldığı mundialda 11 avstraliyalı, 10 fransalı, 7 braziliyalı, 6 ABŞ velosipedçisi və 5 kolumbiyalı fərqlənməyi bacarıb. Latviya və Yeni Zelandiya milli komandalarının hər birinin 4 üzvü medalçılar sırasına düşə bilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda britaniyalı velosipedçilər 3, yaponiyalı, boliviyalı və çilili idmançılar 2 medal qazanıblar.

Macarıstan, Rusiya, Belçika, Argentina, Ekvador, Kanada, Meksika, İsveçrə, Cənubi Afrika Respublikası və Portuqaliya komandalarının bir üzvü fərqlənməyi bacarıb.

Dünya çempionatına iyunun 9-da yekun vurulacaq.

Xəbər 1202 dəfə oxundu.