Zeynal Məmmədov: "Bakı" mübarizəni meydanda aparır
"Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov FİFA-nın "Xəzər Lənkəran"ın hesabından 6 xal siliməsi barədə xəbər münasibət bildirib. İdman.com.az saytının xəbərinə görə, o, çıxarılan qərarın çox ağır olduğunu deyib:

“Bu hal bizi sevindirmir, əksinə kədərləndirir. Vəziyyətin belə hal almasını arzulamazdıq. "Bakı" mübarizəni meydanda aparır və hər bir komandanın nəticəsinə hörmətlə yanaşır. "Xəzər Lənkəran"ın hesabından 6 xal silinməsi komandanın, futbolçuların, məşqçilərin əziyyətini yerə vurur. Bu, istənilən klub üçün ağır qərardır”.

Xəbər 1140 dəfə oxundu.