“BMX Racing” idman növünün azarkeşləri üçün Bakıda hər cür şərait yaradılıb
Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatını minlərə yerli və xarici azarkeş izləyir.

Veloparkda BMX stadionunun ətrafında azarkeşlərin və turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Qonaqlar yarışı tribunalarda rahat izləməklə yanaşı, stadionun ətrafında təşkil edilmiş əyləncə zonasında da dincələ bilirlər.

Bu zonada uşaqlar “face-art” (üzboyama) xidmətlərindən istifadə edirlər. Azarkeşlərə isə velosiped idmanına məxsus geyim və aksesuarlar, milli mətbəximizin təamları, müxtəlif içkilər, qəlyanaltılar təqdim olunur.

Tribunadan kənarda dincəlmək üçün istirahət guşələri yaradılıb. Dünya çempionatının talismanı Qafqaz bəbiri isə azarkeşlərə xoş anlar bəxş edir.

Xəbər 1154 dəfə oxundu.