Bakıda BMX üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşib
Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatının birinci günündə - iyunun 5-də yeniyetmə oğlanların yarışında (“Challenge”) ilk qaliblər müəyyənləşib.

12 və daha aşağı yaşlı idmançıların yarışında argentinalı Federiko Ariel Kapello birinci olub. Braziliyalı Lukas Moresko Zimmerman çempionatı ikinci, Niderland təmsilçisi Maddoks Van Dine üçüncü pillədə başa vurublar.

Mundialda 13-14 yaşlı velosipedçilərin mübarizəsində Ekvador idmançısı Pedro Xose Benalkazar Querrero fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avstraliyalı Cordan Kallum ikinci, Kolumbiya velosipedçisi Migel Angel Restrepo Ramos üçüncü olublar.

Çempionatda 15-16 yaşlı idmançıların mübarizəsində fransalı Joris Bequin birinci, braziliyalı İaqo Reinheymer Maçado ikinci, Kanada idmançısı Kole Zufelt üçüncü yeri tutublar.

Həmçinin 17-24 yaş kateqoriyasında Braziliya velosipedçisi Felippe Qonsalves bütün rəqiblərini qabaqlayaraq çempion olub. İlk üçlüyü avstraliyalı Ceyms Lautier və Niderland təmsilçisi Roberto Blom tamamlayıblar.

Oğlanlar arasında 25-29 yaş kateqoriyasında Niderland idmançısı Robin Van Der Kolk, latviyalı Klavs Lisovskis və fransalı Kevin Luna ilk üçlükdə yer alıblar.

İyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır.

Xəbər 1230 dəfə oxundu.