Bu gün futbol üzrə Azərbaycan yığması səfərdə Qazaxıstan millisi ilə yoldaşlıq oyunu keçirəcək
İyunun 5-də Astana şəhərindəki “Astana Arena”da futbol üzrə Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 20:00) başlayacaq. Qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Aleksandr Tyan olacaq. Ona yan xətt hakimləri Andrey Bodyan və Viktor Mardari kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını Dmitri Muntyan yerinə yetirəcək.

Komandalar indiyədək doqquz dəfə qarşılaşıb. Bu görüşlərin ikisində Azərbaycan, üçündə Qazaxıstan millisi qalib gəlib, dörd oyun heç-heçə başa çatıb.

Azərbaycan millisi sonuncu yoldaşlıq görüşündə Bakı Olimpiya Stadionunda Qırğızıstan yığmasını üç cavabsız qolla məğlub edib.

Xəbər 780 dəfə oxundu.