Full kempo üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşib
Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Silahlı Qüvvələr Gününə həsr olunmuş full kempo üzrə açıq paytaxt turniri keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, turnirdə 14 klubdan 200-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

Yarışın nəticələrinə görə, “Toğrul İK” komanda hesabında birinci olub. “Şuşa KN” yarışı ikinci, “Lökbatan KN” isə üçüncü pillədə başa vurublar.

Turnirdə qalib gələn idmançılar BŞGİBİ-nin diplom və medalları ilə təltif olunublar.

Xəbər 537 dəfə oxundu.