“Qarabağ” klubu Avstriyada dörd yoxlama oyununda gücünü sınayacaq
Ağdamın “Qarabağ” futbol klubu iyunun 20-də Avstriyada təlim-məşq toplanışına start verəcək.

Komanda təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirəcək.

Ağdam təmsilçisi iyunun 23-də “Ludoqorets” (Bolqarıstan), üç gün sonra “Vakker İnsbruk” (Avstriya), iyunun 30-da Suriya yığması və iyulun 4-də “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Xəbər 621 dəfə oxundu.