Bakıda çimərlik futbolu üzrə Avropa Liqası yarışı keçiriləcək
İyunun 22-dən 24-dək Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turniri keçiriləcək.

Avropa Liqasında səkkiz komanda iki qrupda mübarizə aparacaq. Millimiz Portuqaliya, Belarus və Fransa yığmaları ilə birgə birinci qrupda yarışacaq. Digər qrupda isə İsveçrə, İtaliya, Ukrayna və Almaniya milliləri yer alıblar.

Xəbər 648 dəfə oxundu.