Badmintonçumuz Latviyada beynəlxalq turnirin əsas mərhələsinə yüksəlib
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Latviyanın Yelqava şəhərində keçirilən “YONEX Latvia International-2018” turnirinin əsas mərhələsinə vəsiqə qazanıb.

Dviçayo əsas mərhələyə yüksəlmək uğrunda görüşdə Almaniya təmsilçisi Mattias Kiklitzə 2:0 hesabı ilə qalib gəlib.

Dviçayo əsas mərhələdə Finlandiya təmsilçisi Yonas Korhonenlə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün qoşa yarışlarda mübarizə aparan Səbuhi Hüseynov-Cahid Əlhəsənov cütü almaniyalı Mattias Kiklitz - Aaron Sonnenşeyn tandeminə 0:2 (11-21,19-21) hesabı ilə uduzub. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni cütü də qoşa yarışlarda mübarizəni dayandırıb. Badmintonçularımız danimarkalı Emil Lauritzen - Mads Muurholm cütlüyünə 0:2 (19-21,17-21) hesabı ilə uduzublar.


Xəbər 527 dəfə oxundu.