“Qəbələ”nin sabiq baş məşqçisi karyerasını Qazaxıstanda davam etdirəcək
“Qəbələ” futbol klubunun sabiq baş məşqçisi Roman Qriqorçuk karyerasını Qazaxıstanda davam etdirəcək.

Ukraynalı mütəxəssis “Astana” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Azərbaycan Premyer Liqasında 2 dəfə gümüş, 2 dəfə bürünc mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalınadək irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/2016-cı və 2016/2017-ci il mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.

O, daha əvvəl Latviyanın “Dinaburq” və “Ventspils”, vətənində isə “Metallurq” ilə “Çernomorets” komandalarına rəhbərlik edib.

Xəbər 630 dəfə oxundu.