Qrossmeysterimiz Şəhriyar Məmmədyarov beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəli açıqlanıb.

Iyun ayı üçün nəzərdə tutulan cədvəlin ilk yüzlüyündə Azərbaycanın 6 şahmatçısı yer alıb.

Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. Qrossmeysterimiz 2808 xalla üçüncü pillədə qərarlaşıb. FIDE reytinqinə 2843 xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir. İddiaçılar turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana isə 2816 xalla 2-ci yerdədir.

Xəbər 1056 dəfə oxundu.