Gürcüstan-İsrail voleybol oyununu azərbaycanlı hakim idarə edəcək
Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan hakimi Zaur Hacıyevə yeni təyinat verib.

Beynəlxalq dərəcəli hakimimiz qadın voleybol komandaları arasında Gümüş Avropa Liqası çərçivəsində keçiriləcək Gürcüstan-İsrail oyununda ikinci hakim funksiyasını yerinə yetirəcək.

“B” qrupunda yer alan komandaların oyununda əsas hakim türkiyəli İlhami Şenyurt olacaq.

Qeyd edək ki, Gürcüstan-İsrail oyunu iyunun 2-də keçiriləcək.

Xəbər 965 dəfə oxundu.