Masallıda kross qaçışı üzrə rayon birinciliyi keçirilib
Masallı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məktəblilər arasında keçirilən kross qaçışı üzrə rayon birinciliyinin qalibləri məlum olub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, təhsil şöbəsinin müdir müavini Samit İslamov və Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti, dövlətçilik sahəsində gördüyü işlərdən danışıblar.

260 məktəblinin iştirak etdiyi rayon birinciliyinin yekun nəticələrinə əsasən Babək Əliyev (Hüseynhacılı kənd tam orta məktəbi) birinci, Nemət Rufullalı (Binə Xocavar kənd tam orta məktəbi) ikinci, İmran Bədəlov (Sığıncaq kənd tam orta məktəbi) üçüncü, Rüstəm Əlinağıyev (Güllütəpə kənd tam orta məktəbi) dördüncü, Mənsim İbrahimzadə isə (Türkoba kənd tam orta məktəbi) beşinci yerə sahib olublar.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 731 dəfə oxundu.