Binəqədi rayonunda futbol turnirinə yekun vurulub
"ABU Arena” idman kompleksində Azəbaycanda məktəblilərin ən irimiqyaslı futbol turniri olan “Coca-Cola Məktəbli Kuboku”-nun 2017/2018 mövsümünün qalibi müəyyənləşib.

“Coca-Cola Məktəbli Kuboku”nun finalına vəsiqə qazanmaq uğrunda 14 region və 2 Bakı komandası mübarizə aparıb. “ABU Arena” idman kompleksində keçirilən final qarşılaşmasında Binəqədi rayonu 126 №-li tam orta məktəbin komandası Qazax rayon Qazaxbəyli kənd orta məktəbinin komandasını 5:1 hesabı ilə məğlub edərək yarışın çempionu adını qazanıb.

Qaliblərə kubok, fəxri diplom və xatirə hədiyyələri tədqim olunub. Bununla yanaşı, “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2017/2018 mövsümünün “ən yaxşı oyunçu” adına Binəqədi rayonu 126 №-li tam orta məktəbin komandasının oyunçusu Səbuhi Qurbanov, “ən məhsuldar oyunçu” adına Binəqədi rayonu 126 №-li tam orta məktəbin oyunçusu Əmirxan Qurbanov layiq görülüblər.




Xəbər 786 dəfə oxundu.