Bu gün Azərbaycan və Qırğızıstan milliləri arasında yoldaşlıq oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan və Qırğızıstan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Oyunu Türkiyədən olan hakimlər idarə edəcəklər. Yoldaşlıq oyununun baş hakimi Ali Palabıyık olacaq. Ona həmyerliləri Serkan Olguncan və İbrahim Çağlar Uyarcan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.

Azərbaycan-Qırğızıstan yoldaşlıq oyunu Bakı Olimpiya Stadionunda saat 20:00-da start götürəcək. Bu, millimizin baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında dördüncü sınağı olacaq. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.

Qeyd edək ki, millimiz Qırğızıstanla oyundan sonra iyunun 5-də Qazaxıstan, iyunun 9-da isə Latviya yığması ilə səfərdə yoldaşlıq oyunu keçirəcək.

Xəbər 515 dəfə oxundu.