İyirmi üç yaşadək cüdoçular arasında paytaxt birinciliyinə start verilib
“Sərhədçi” Olimpiya İdman Mərkəzində 23 yaşadək cüdoçular arasında Bakı şəhər açıq birinciliyinə start verilib.

Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, iki gün davam edəcək turnirin birinci günündə qızların yarışında bütün çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Oğlanların mübarizəsində isə 60 və 66 kiloqram çəki dərəcələrində medalların sahibləri məlum olacaq.

Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən paytaxt birinciliyində 30 klubdan 288 cüdoçu (254 oğlan, 34 qız) mübarizə aparır.

Xəbər 760 dəfə oxundu.